AZ

Türkiyə Suriyadakı vəziyyəti izləyir

Türkiyə hakimiyyəti qonşu Suriyada vəziyyətin yeni destabilizasiyasının qarşısını almağı vacib hesab edir.

Oxu24.com  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Kecəli məlumat verib.

"Sərhədimizin sıfır nöqtəsində yerləşən İdlib və ətraf bölgədə sakitliyin qorunması Türkiyə üçün prioritetdir", - diplomat bildirib.

O xatırladıb ki, 2017-ci ildən bəri İdlib deeskalasiya zonası ilə bağlı bir neçə razılaşma əldə olunub. Onun sözlərinə görə, Türkiyə bu sənədlərin tələblərini “cəhdlə yerinə yetirir”. Keçəli qeyd edib ki, əslində son toqquşmalar regionda arzuolunmaz gərginliyin artmasına səbəb olub. O vurğulayıb ki, Türkiyə üçün yeni qeyri-sabitlikdən qaçmaq və mülki şəxslər üçün təhlükənin qarşısını almaq “son dərəcə vacibdir”.

 

Miri

Seçilən
19
1
oxu24.com

2Mənbələr