AZ

Rusiyalı baş məşqçi iki azərbaycanlını özünə köməkçi götürdü

“Sabah”ın yeni baş məşqçisi Vasili Berezutskinin köməkçiləri məlum olub.

O, Krunoslav Renduliçlə bərabər çalışmış iki yerlini öz korpusuna daxil edib.

Ruslan Qafitullin və Rəşad Eyubov bu dəfə rusiyalı ilə çiyin-çiyinə işləyəcək.

42 yaşlı yeni sükançının digər iki yardımçısı öz həmyerlisidir. Bunlar Dmitri Smirnov və Aleksandr Naqornıdır.

Masazır klubunun Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlamasını bir daha xatırladaq.

SPORTİNFO.AZ

Seçilən
11
sportinfo.az

1Mənbələr