Bakıda mənzildən 109 yaşlı qadının meyiti tapılıb. Hadisə Binəqədi rayonu Azadlıq prospekti 20 ünvanında baş verib.
Xezerxeber.az-ın məlumatına görə, 1915-ci il təvəllüdlü Əhmədova Nübar Mayıl qızının meyiti onun mənzilində aşkar edilib.
Yaxınlarından öyrəndik ki, Nübar Əhmədovanın 7 övladı olub. Oğlanları Rusiyada , qızları isə Bakıda yaşayır.
Anasının telefonlara cavab vermədiyini görən qızı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verib.
Xilasedicilər tərəfindən doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısı müvafiq vasitələrlə açılıb və Nübar Əhmədovanın meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Onun hansı səbəbdən ölməsi araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.