AZ

Gürcüstanda etirazlar yenə BAŞLADI

Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında növbəti nümayiş keçirilir.

Bizim.Media xəbər verir ki, etiraza hakimiyyətin ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqları dayandırmaq qərarı səbəb olub.

Nümayişçilər Rustaveli prospektini bağlayıb və parlamentin girişindəki dəmir bəndləri döyürlər.

Təhlükəsizlik qüvvələri etirazçıları geri itələməyə cəhd etdikdən sonra etirazçılar zibil qutularından barrikadalar quraraq onları yandırmağa başlayıblar. Polisin səylərinə baxmayaraq, etirazçılar dağılışmır.

Aksiyada yüzlərlə tələbə və fəal iştirak edir.

Bizim.Media

Seçilən
17
1
bizim.media

2Mənbələr