Estoniya, Litva və Latviya 2025-ci il fevralın 8-də Rusiyanın elektrik şəbəkəsindən ayrılmağı planlaşdırır.
Bu barədə Estoniyanın “Eering” enerji şirkəti məlumat yayıb .
“Hazırda Estoniya, Latviya və Litva elektrik enerjisinin tezliyinə Rusiya tərəfindən mərkəzləşdirilmiş şəkildə nəzarət edilən IPS/UPS sistemi ilə işləyir. Fevralın 8-də Baltikyanı ölkələrin TSO-ları (ötürücü sistem operatorları - Red.) Baltikyanı ölkələrin IPS/UPS sisteminə qoşulmasını dayandıracaq və adanın işini birgə sınaqdan keçirməyə başlayacaq”, - məlumatda deyilir.
Avropa İttifaqı (Aİ) layihəyə təxminən 1,2 milyard avro töhfə verəcək və bununla da ümumi xərclərin dörddə üçünü ödəyəcək. Ölkələrin elektrik sistemlərinin kontinental Avropa sinxron zonası ilə sinxronlaşdırılması 9 fevral 2025-ci il tarixinə planlaşdırılır.