AZ

Benyamin Netanyahunun ofisi “Hizbullah”a qarşı hərbi əməliyyatların başa çatdığını elan edib

İsrailin baş naziri Benyamin Netanyahunun müşaviri Dmitri Gendelman bildirib ki, İsrail Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatını başa çatdırıb.

Netanyahunun ofisinin məlumatına görə, İsrail ordusu 1,5 mindən çox “Hizbullah” komandanlığı da daxil olmaqla 12 mindən çox hədəfi məhv edib.

Məlumatda o da qeyd edilir ki, üzərində Davud ulduzu ilə bayraq qaldıran hərbçilər 28-i bölmə və briqada komandirləri olmaqla 2,5 minə yaxın silahlı “Hizbullah” üzvünü məhv etməyə nail olublar. Netanyahunun məsləhətçisinin qeyd etdiyi kimi, İsrail əsgərləri böyük miqdarda müharibə qəniməti ələ keçirib. Nəqliyyat vasitələri, sursat və avadanlıqların ümumi sayı 150 min ədədi ötüb. Ayrıca qeyd olunur ki, İsrail “Hizbullah”ın baş katibi Həsən Nəsrullahı, eləcə də təşkilatın 13 yüksək rütbəli üzvünü sıradan çıxara bilib.
Xatırladaq ki, noyabrın 27-də İsrail və Livan arasında atəşkəs qüvvəyə minib.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr