Bu gün Bakı İdman Sarayında qadınlar və kişilər arasında təşkil olunmuş cüdo üzrə Azərbaycan çempionatına start verilib.
Arena.az xəbər verir ki, öncə yarışın rəsmi açılış mərasimi baş tutub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yarışda mübarizə aparan 60 idman təşkilatı videomaterial vasitəsilə cüdo həvəskarlarına təqdim edilib. Ardınca Azərbaycan cüdoçularının böyüklərin, gənclərin və yeniyetmələrin dünya, Avropa çempionatları və Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlu çıxışları ilə bağlı videoçarx nümayiş olunub. Tədbir daha sonra bədii hissə ilə davam edib.
Qeyd edək ki, builki Azərbaycan çempionatı nüfuzlu “Böyük Dəbilqə” turniri səviyyəsində təşkil olunub. Təşkilatçılıqdan yarış standartlarına qədər hər bir detal ən yüksək keyfiyyəti əks etdirir və həm idmançılar, həm də tamaşaçılar üçün unudulmaz bir təcrübə təmin edir.
Azərbaycan çempionatında ümumilikdə 324 idmançı iştirak edir. İlk gündə 7 çəkidə 178 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Azərbaycan çempionatı 30 noyabr və 1 dekabrda davam edəcək.
Qadınlar
-63 kq
- Fidan Əlizadə (Cüdo Klub 2012)
- Nərgiz Hacıyeva (Neftçi İK)
- Leyla Hüseynova (Abşeron Xırdalan)
- Leyla Atayeva (Cüdo Club 2012)
-70 kq.
- Günel Həsənli (Abşeron Xırdalan)
- Sudabə Ağayeva (Atilla İK)
- Aytac Qardaşxanlı (Balaxanı İM)
- Pərvanə Abdullayeva (Yevlax)
-78 kq.
- Nərmin Əmirli (Umbayev Sport Klub)
- Əsmər Əliyeva (Neftçi İK)
+78 kq
- Nigar Süleymanova (Neftçi İK)
- Zeynəbxanım Əsədova (Məhsul İC)
- Elnarə Rəşidova (Sumqayıt)
- Aytəkin Paşazadə (Şuşa UGİM)
Kişilər
-60 kq
- Hüseyn Allahyarov (Cüdo Klub 2012)
- Əhməd Yusifov (Neftçi İK)
- Balabəy Ağayev (Neftçi İK)
- Nizami İmranov (Atilla İK)
-66 kq
- Rəşad Yelkiyev (Kanokan-TT İK)
- Elşən Əsədov (Atilla İK)
- Ruslan Paşayev (Neftçi İK)
- Eltac Yusifli (Sumqayıt 1 nömrəli İOEUGİŞM)
-73 kq
- Rəşid Məmmədəliyev (Atilla İK)
- Aydın Rzayev (Kanokan-TT İK)
- Qadir Hüseynov (Atilla İK)
- Nəriman Mirzəyev (Neftçi İK)