AZ

Suriya ordusu Hələbin şimalına əlavə qüvvələr göndərib

Suriya ordusu terror hücumlarını dəf etmək üçün Hələb və İdlib əyalətlərində təmas xəttinə əlavə qüvvələr yerləşdirib.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikası Ordusunun Ali Komandanlığının bəyanatında deyilir.

“Suriya Silahlı Qüvvələri terrorçuların hücumlarının qarşısını almaq üçün cəbhənin təmas xəttindəki bütün mövqeləri canlı qüvvə və texnika ilə gücləndirməyə davam edir”, - deyə məlumatda bildirilib.

Kommünikeyə əsasən, Suriya hərbçiləri bir neçə əraziyə nəzarəti bərpa edə bilib. Ordu Suriya hakimiyyətinin nəzarətində olan ərazilərdən tamamilə çıxarılana qədər terrorçulara zərbələr endirməyə davam edəcək.

Noyabrın 29-da Suriya Hərbi Hava Qüvvələri Hələb vilayətinin qərb hissəsində terrorçu qrupların mövqelərinə hücum edib.

QAZİLER.AZ

Seçilən
13
1
qaziler.az

2Mənbələr