AZ

Türkiyə Rusiyadan gələn qaz axınına təsir edəcək istənilən qərarın əleyhinədir

"Rusiyadan gələn qaz axınına təsir edəcək istənilən qərarın əleyhinəyik”...

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

O qeyd edib ki, “sanksiyalar, bu həddə çatdığı halda, Türkiyə iqtisadiyyatına zərər verəcək".

Daha əvvəl Alparslan Bayraktar təbii qaz ixracatının ödənişləri üçün istifadə edilən "Qazprombank"ın ABŞ-nin sanksiyalar siyahısına daxil edilməsinin Türkiyənin Rusiya ilə təbii qaz ticarətinə birbaşa təsir edəcəyini ifadə edərək, Xarici İşlər Nazirliyinin ölkənin bu məsələdə sanksiyalara məruz qalmaması üçün Vaşinqton administrasiyası ilə danışıqlar apardığını bildirib.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr