AZ

Səudiyyə Ərəbistanı İran və ABŞ ilə əlaqələri gücləndirmək istiqamətində yeni təşəbbüslər irəli sürür

Bakı. Trend:

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman,İranla iqtisadi əlaqələri genişləndirmək və ABŞ-la münasibətlərimöhkəmləndirmək üçün yeni addımlar atır.

Trend-inBloomberg-ə istinadən verdiyi məlumata görə, vəliəhd şahzadə İranlaticarəti artırmağı, xüsusilə ərzaq və tibbi ləvazimatlarınmübadiləsini təklif edib.

Bu təklifin əsas məqsədi, Tehran tərəfindən dəstəklənən regionalproxy qruplara yardımı azaltmaqla bölgədə gərginliyin azaldılmasınanail olmaqdır. Həmçinin, bu təşəbbüs “Vizyon 2030” iqtisadiproqramının həyata keçirilməsi üçün bölgədə tələb olunan sabitliyitəmin etməyə yönəlib.

Paralel olaraq, noyabr ayında Səudiyyə Ərəbistanı millitəhlükəsizlik üzrə müşaviri Mussad Əl-Aybanı Vaşinqtona göndərərəkABŞ administrasiyası ilə danışıqları yenidən bərpa etməyə çalışıb.Bu addım, Ər-Riyadın Donald Trampın mümkün hakimiyyətə qayıdışıfonunda ABŞ-la əlaqələri qorumaq niyyətini nümayiş etdirir.

Seçilən
21
36
az.trend.az

10Mənbələr