Avrasiya İqtisadi Komissiyasının (AİK) Şurası 2025-ci ildə Rusiyaya 100 min tona qədər mal ətinin rüsumsuz idxalını təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu barədə komissiyanın press-relizində məlumat açıqlanıb.
Qeyd olunur ki, 2025-ci ildə belə ətin Ermənistana mümkün idxalının həcmi 9 min tona qədər, Belarusa 7,5 min tona qədər, Qırğızıstana 2,5 min tona qədər, Rusiyaya 100 min tona qədər olacaq: “Birlik ölkələrində sözügedən çiy ət qıtlığı əsasən Latın Amerikası və Hindistandan idxal hesabına kompensasiya edilir”.
Qeyd edək ki, Azərbaycanın ətlə təminatında Rusiyadan idxal olunan diri iribuynuzlu mal-qaranın mühüm payı var. Rusiyanın özünün mal əti idxalını rüsumdan azad etməsi orada istehsalın azalmasından qaynaqlanır. Bu isə Azərbaycanın mal-qara idxalında problemlərin yaranmasına səbəb ola bilər.
Musavat.com