AZ

“Qarabağ” PROBLEMİ - Kimlərdən canını qurtarmalıdırlar?

Futbolda gözəl oynayıb uduzmaqdan pis heç nə yoxdur.

Bu, mətbəxin ərzaqla dolu olduğu halda, qapının arxadan bağlı olmaması üzündən aclıqdan ölmək qədər dəhşətli hadisədir.

Qurban Qurbanov ötən gün bu olayı təkrar yaşadı. Bu dəfə bəxtin və bəxtsizliyin üstündə, yanında dayanmayacam.

Juninyo, Zubir, Patrik Andradenin, adını çəkmədiyim digər futbolçuların «Lion» səviyyəsində rəqiblərə qol vura bilməməsi keyfiyyət fərqinin doğurduğu təəssüfdən başqa bir şey deyil.

Fransızlar dörd epizodun hamısında əks-hücum dərsini əyani nümayiş etdirdi. İki qolda üç nəfərlə sürətli həmlə edib, beşli müdafiə xəttinin dəlmə-deşiyindən qapıya yol tapdı.

Bu cür komandaları udmaq istəyirsənsə, hər iki ayağını işlətməli, balağını suda islatmalısan.

Yəni ki, bir saniyə dayanmamalı, sənə tapşırılan zona və istiqamətdə hərəkətdə olmalısan, topu gözləməməlisən.

Qiymətə minməyin yeganə yolu budur: avropalılar buna hər şeydən çox fikir verir.

«Qarabağ» Avropa Liqasının Liqa mərhələsinin geridə qalan 5 turunda üst-üstə 13 qol buraxıb. Bu göstərici ilə yarışın ən çox qol «yemiş» iştirakçısıdır.

Aha... Alınan 4 məğlubiyyətin cavabını burada tapırsan.

Belə müdafiə xətti ilə yalnız «e» və «ı» edə bilərsən, «a…» deyə bilməzsən.

Bəhlul Mustafazadə və Kevin Medina ilə bu səhnədən qaçmaq olmayacaq. Bədavi Hüseynovla Abbas Hüseynov da «kozır» deyil.

Onlar dəyişməyəcək. Dəyişdirilməlidirlər.

MUSA

Seçilən
12
sportinfo.az

1Mənbələr