AZ

Suriyalı yaraqlılar Hələbə daxil olduqlarını bəyan ediblər

Suriya prezidenti Bəşər Əsədin hökumət qüvvələrinə qarşı döyüşən silahlı qruplar Hələbə daxil olduqlarını bəyan ediblər. Bu barədə CNN qiyamçıların bəyanatına istinadən yazır. Bu məlumatın müstəqil təsdiqi yoxdur.

“Qüvvələrimiz Hələb şəhərinə girməyə başlayıb”, kanal yeni yaradılmış üsyançı koalisiya - Hərbi Əməliyyatlar Komandanlığının bəyanatından sitat gətirib. 

Suriya İnsan Haqları Müşahidə Qrupu (Mərkəzi Böyük Britaniyadadır) də yaraqlıların Hələbə daxil olduğunu təsdiqləyiblər. Hələbdəki şahidlərin “Associated Press”ə verdiyi məlumata görə, sakinlər raket hücumları və atəşə məruz qaldıqları üçün şəhərin qərb kənarındakı ərazilərdən qaçıblar.

Noyabrın 29-da səhər saatlarında Türkiyənin “Anadolu” dövlət agentliyi xəbər verib ki, yaraqlılar Hələbin ətrafında cəmləşiblər. Silahlı qruplar iki gün ərzində Hələb və İdlib əyalətlərində 56 yaşayış məntəqəsini nəzarətə götürüb, həmçinin Əsəd qüvvələrinə məxsus ağır silah, anbar və texnikanı ələ keçiriblər.

Hökumət qüvvələri noyabrın 29-da verdiyi açıqlamada Hələb ətrafındakı kəndlərdə silahlılarla döyüşdüyünü bildirib. Onlar qrupların pilotsuz təyyarələrinin və ağır silahlarının məhv edildiyini açıqlyıblar. Hökumət qüvvələri həmçinin yaraqlıları uğurları barədə yalan məlumatlar yaymaqda ittiham ediblər.

Seçilən
13
buta.media

1Mənbələr