Türkiyəli aktrisa Hazal Kaya “Aşk-ı Memnu” serialında canlandırdığı “Nihal” obrazı ilə bağlı açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu Hakan Gencenin verilişində danışıb.
“Nihal” obrazının davamlı olaraq linç edildiyini bildirən Kaya, sözügedən ekran işi dönəmində sosial media bu qədər məşhur olsaydı, yaşayacağı psixoloji depressiyadan söz açıb:
“Məsələn, mən həmişə bunu deyirəm. “Nihal”ı oynayanda sosial şəbəkə olsaydı, indi bu işlə məşğul olmazdım. Çünki əziyyət çəkəcəkdim, zorakılıq və linç haqqında düşünmək belə istəmirəm. “Aşk-ı Memnu” yayımlananda sosial media olduğunu təsəvvür edə bilirsiniz? Mən həm psixoloji, həm də fiziki olaraq məhv olardım”.