"Real Madrid"in vingeri Vinisius Junior noyabrda İspaniya La Liqasının ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə turnirin mətbuat xidməti "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.
Braziliyalı futbolçu bu ay İspaniya çempionatının iki oyununda iştirak edib və o, üç qol vurub və bir məhsuldar ötürmə edib.
Ümumilikdə Vinisius bu mövsüm bütün turnirlərdə 18 oyun keçirib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.