Avropa İttifaqı diplomatiyasının vəzifəsini tərk edən rəhbəri Josep Borrell qurumun xarici və hərbi siyasəti ilə bağlı qərarlar qəbul edərkən konsensus prinsipindən imtina etməyi təklif edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Borrell Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi saytında dərc olunan bloqunda yazıb .
O, Aİ ölkələrini hərbi qərarları üstün çoxluğa əsaslanaraq qəbul etməyə və ya konsensus minus bir və ya iki Aİ dövləti qaydasını tətbiq etməyə çağırıb.
“Oyun qaydalarının dəyişdirilməsinə təcili ehtiyac var. Mən çox yaxşı başa düşürəm ki, xarici və müdafiə siyasəti milli dövlətlərin əsas preroqativlərindən biridir” - Aİ nümayəndəsi bildirib.
Müəllif: Arzu