Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, İranla iqtisadi əlaqələri genişləndirmək və ABŞ-la münasibətləri möhkəmləndirmək üçün yeni addımlar atır.
Axar.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, vəliəhd şahzadə İranla ticarəti artırmağı, xüsusilə ərzaq və tibbi ləvazimatların mübadiləsini təklif edib.
Bu təklifin əsas məqsədi, Tehran tərəfindən dəstəklənən regional proxy qruplara yardımı azaltmaqla bölgədə gərginliyin azaldılmasına nail olmaqdır. Həmçinin, bu təşəbbüs “Vizyon 2030” iqtisadi proqramının həyata keçirilməsi üçün bölgədə tələb olunan sabitliyi təmin etməyə yönəlib.
Paralel olaraq, noyabr ayında Səudiyyə Ərəbistanı milli təhlükəsizlik üzrə müşaviri Mussad Əl-Aybanı Vaşinqtona göndərərək ABŞ administrasiyası ilə danışıqları yenidən bərpa etməyə çalışıb. Bu addım, Ər-Riyadın Donald Trampın mümkün hakimiyyətə qayıdışı fonunda ABŞ-la əlaqələri qorumaq niyyətini nümayiş etdirir.