AZ

KXDR yenə Cənubi Koreyaya zibil dolu şarlar göndərib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) göndərdiyi zibil balonlarının arasında Cənubi Koreya prezidentini və onun administrasiyasının üzvlərini tənqid edən vərəqələr olub.

Qaziler.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Kukmin İlbo” qəzeti məlumat yayıb.

Vərəqələrdə prezident Yuna qarşı “boşboğaz axmaq” və “sən indi soğanın nə qədər olduğunu bilmirsən, amma bir nüvə zərbəsi ilə məğlub ola biləcəyini başa düşməlisən” kimi təhqirlər yazılıb.

Mənbənin sözlərinə görə, milli təhlükəsizlik direktoru Sin Von Sik və müdafiə naziri Kim Yonq Hyun da tənqid edilib.

"Kukmin İlbo" iddia edir ki, tapılan materiallarda KXDR-in nüvə silahına malik olması ilə bağlı ifadələr, həmçinin Cənubi Koreyanın şarlarla vərəqələrin göndərilməsini dayandırmaq barədə xəbərdarlıq vərəqləri də var.

QAZİLER.AZ

Seçilən
17
qaziler.az

1Mənbələr