AZ

Tiflisdə böyük nümayiş: polis müdaxilə edir

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Daxili İşlər Nazirliyinin əməkdaşları parlament binası yaxınlığında nümayişçilərin hüquq-mühafizə orqanlarının işçilərinə boya və pirotexniki vasitələr atmağa başlayandan sonra etirazçılara qarşı su şırnaqlarından istifadə ediblər.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadən məlumat verib.

Su şırnaqlarından istifadə etməzdən əvvəl təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına qanundan kənara çıxamamaları barədə xəbərdarlıq edib. Bu, nümayişçilərlə polis əməkdaşları arasında vaxtaşırı toqquşmaların baş verməsi ilə əlaqədar elan edilib.

Etirazçılar polisə qarşı pirotexniki vasitələr və boya butulkalardan istifadə edərək onları toqquşmalara təhrik edirlər. Nümayişçilərin bu hərəkətləri nəticəsində xüsusi təyinatlıların böyük dəstəsi etirazçılara doğru hərəkət edib. Hazırda etirazlar davam edir.

Seçilən
17
bakivaxti.az

1Mənbələr