[center]
“Sərhədimizin sıfır nöqtəsində yerləşən İdlib və ətraf bölgədə sakitliyin təmin olunması Türkiyə üçün prioritetdir".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Öncü Kecəli deyib.
O bildirib ki, Ankara qonşu Suriyada vəziyyətin yeni destabilizasiyasının qarşısını almağı son dərəcə vacib hesab edir və bu ölkənin birliyinin və ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır.
"Bu hücumlar dayandırılmalıdır. Əslində, son toqquşmalar regionda gərginliyin arzuolunmaz dərəcədə artmasına gətirib çıxardı", -deyə nazirlik rəsmisi deyib.
Anar Əliyev
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta