AZ

Türkiyədə zəlzələ oldu

Aralıq dənizinin Türkiyənin Antalya vilayəti sahillərinə yaxın bölgəsində 4,8 bal gücündə zəlzələ baş verib.

 

Senzor.az bildirir ki, bu barədə ölkənin  Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Qeyd olunub ki, təkanlar yerli vaxtla saat 22:13-də Antalyanın Qazipaşa rayonundan 73,72 kilometr məsafədə qeydə alınıb. Zəlzələnin episentri 34,79 kilometr dərinlikdə olub.

 

Təkanlar ətraf bölgələrdə də hiss edilib və əhali arasında təşvişə səbəb olub.

 

AFAD-dan verilən açıqlamada o da  bildirilib ki, dağıntı qeydə alınmayıb.

Seçilən
18
2
senzor.az

3Mənbələr