Suriya ordusu İdlib vilayətinin cənubunda terrorçu silahlı qruplaşmaların mövqelərinə raket zərbələri endirib.
APA xəbər verir ki, bu barədə “Al Watan” qəzeti məlumat yayıb.
Məlumata görə, silahlıların Ruveyha, Han əs-Sabil və Maardabsa yaşayış məntəqələrindəki mərkəzləri hücuma məruz qalıb.
Eyni zamanda hərbçilər hökümət əlehydarlarının İdlibin cənubundakı Cəbəl əz-Zaviyə dağlıq bölgəsində və Hələbin şimalındakı Marea şəhərində yerləşən mövqelərinə hava zərbələri endirib.