AZ

Tbilisidə növbəti gərginlik:YENƏ QARŞIDURMA YAŞANDI

Tbilisidə hökumətin son qərarına etiraz edən insanlar növbəti aksiya keçiriblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Gürcüstan və Avropa İttifaqının (Aİ)  bayraqlarını qaldıran nümayişçilər parlament binasının yerləşdiyi Rustaveli prospektini bağlayıblar. Onlar hökumətin istefasını tələb ediblər.

 

Hüquq-mühafizə orqanları xəbərdarlıq edərək, nümayişçiləri qanun çərçivəsindən kənara çıxmamağa çağırıblar. Lakin etirazçılar polisə müxtəlif əşyalar, pirotexniki vasitələr və boya atmağa başlayıblar.



Bunun qarşılığında polis qüvvələri etirazçılara qarşı su şırnaqlarından və bibər qazından istifadə ediblər. Saxlanılanların və xəsarət alanların olduğu bildirilir.

 

Arada nümayişçilər ərazidə oturaq aksiyaya israr ediblər. Lakin asayiş keşikçiləri buna da imkan verməyiblər.

 

Son məlumata görə xüsusi təyinatlılar parlamentin qarşısındakı meydanı etirazçılardan tamamilə təmizləyiblər.

 

Amma etirazçılar bundan sonra da sakitləşməyiblər. Onlar hakim “Gürcü arzusu” partiyasının ofisinə yumurtalar atıblar. 

Xatırladaq ki, ötən gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və qrantlardan imtina etdiyini bildirib. Bunun ardınca müxalifət Tbilisidə geniş aksiyalara başlayıb. Aksiyaya Prezident Salome Zurabişvili də qatılıb və ölkədə konstitusion çevriliş baş verdiyini iddia edib.

 

Senzor.az

Seçilən
36
1
senzor.az

2Mənbələr