İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Livandakı məğlubiyyəti fonunda Suriyada terrorçuların aktivləşdirilməsini ABŞ-nin planının bir hissəsi adlandırıb.
Bu barədə ISNA agentliyi məlumat verib .
Əraqçinin Suriya və bölgədəki son hadisələri müzakirə etmək üçün Suriyanın xarici işlər naziri Bassam Sabbah ilə telefon danışığı apardığı bildirilib.
“Əraqçi sionist rejimin Livan və Fələstindəki müqavimətdən məğlubiyyətindən sonra Suriyada terrorçu qrupların fəaliyyətinin bərpasını ABŞ-İsrail planı adlandırıb”, - deyə agentlik bildirib.