AZ

VI bələdiyyə seçkiləri nə ilə yadda qalacaq?

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 27-də keçirilən iclasında ölkəmizdə növbəti bəllədiyyə seçkilərinin  2025-ci il yanvarın 29-da keçirilməsi qərara alınıb. Bununla bağlı MSK-nın üzvləri yekdil mövqe ifadə ediblər. Növbəti seçkilər müstəqil Azərbaycanda keçirilən sayca 6-cı bələdiyyə seçkiləri olacaq.

Ölkədə indiyə qədər baş tutan bələdiyyə seçkiləri

Heydər Əliyev 27 iyul 1999-cu il tarixində  “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə müvafiq ?ərman imzalayıb və bu sənədə əsasən ölkəmizdə ilk bələdiyyə seçkiləri 1999-cu il 12 dekabr tarixində baş tutub. Həmin seçkilərdə  məntəqə seçki komissiyalarına 21 siyasi partiyanın 5 mindən çox namizədi daxil edilib. 2667 bələdiyyəyə namizədlər qismində 35,6 min insan qeydiyyata alınıb. Səsvermədə 4.312.265 ölkə seçicilərindən 52,6 faizii iştirak edib.  Seçkilər nəticəsində 20456 bələdiyyə üzvü seçilib və 2667 bələdiyyə  formalaşıb.

Ölkəmizdə 17 dekabr 2004-cu ildə növbəti bələdiyyə seçkiləri keçirilib. Bu seçkilər dövründə 4.551.346 insan səsvermə hüququna malik idi. Bunlardan bələdiyyə seçkilərində 2 milyon 109 min 267 nəfər - 46,34 ???? səs verib. Bələdiyyə seçkilərində 2731 bələdiyyədə 21613 vakansiyaya 38041 qeydə alınmış namizəd seçilib.

2009-cu ilin 23 dekabrında keçirilmiş sayca üçüncü bələdiyyə seçkilərində fərqli xüsusiyyətlər müşahidə edilib. Belə ki, əksər ərazilərdə bələdiyyələrin “iriləşdirilməsi” prosesi baş verib. 2009-cu il bələdiyyə seçkilərində 31 minə yaxın namizəd 1718 bələdiyyə üzrə 15 min 682 yer uğrunda mübarizə aparıb. Namizədlərin 16 min 755-i siyasi partiyaların siyahıları üzrə, 14 min 73-ü fərdi qaydada, 147 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Seçkilərdə 1 milyon 466 min 734 seçici səs verib. Bu, ümumi seçicilərin 32,04 faizini təşkil edirdi. Bələdiyyə üzvü seçilmiş namizədlərin sayı 15 591 nəfər olub.

30 noyabr 2011-ci il tarixində Azərbaycanda təkrar, əlavə və yeni bələdiyyə seçkiləri keçirilib. Ümumilikdə 1169 seçki məntəqəsində səsvermə keçirilib. Seçkilər 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçirilib. Bələdiyyə üzvlüyünə namizədlərin yekun sayı 1549 nəfər olub. Seçkilərdə 9 siyasi partiyanın üzvü olan namizədlər qeydə alınıb. Seçkilərin keçiriləcəyi dairələr üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin sayı 1 155 864 nəfər təşkil edib. Mərkəzi Seçki Komissiyası tərəfindən 329 bələdiyyə üzrə keçirilmiş seçkilər etibarlı hesab olunub.

Növbəti bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib. 1607 bələdiyyəni əhatə edən bu seçkilərdə 15035 bələdiyyə üzvlüyünə 37077 nəfərin namizədliyi qeydə alınıb. Ümumilikdə ölkə üzrə seçicilərin ümumi sayının 38,92 faizi səsvermədə iştirak edib. Seçkilər nəticəsində 1599 bələdiyyə tam şəkildə formalaşıb. Eyni zamanda, 43 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib, 8 bələdiyyə üzrə seçkilər etibarsız sayııb.

Ölkəmizdə indiyədək sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də baş tutub. Seçkilər 125 seçki dairəsinin 118-də, 5049 seçki məntəqəsi üzrə keçirilib. 1606 bələdiyyəni əhatə edən seçkilərdə 15156 bələdiyyə üzvlüyünə 41462 nəfərin namizədliyi qeydə alınıb. Seçkilərdə 13 siyasi partiya iştirak edib. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib. Dekabrın 23-də seçki məntəqələrində seçici fəallığı 32.72% olub. Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin də iştirakı ilə MSK-nın 2020-ci il yanvarın 11-də keçirilmiş yekun iclasında geniş müzakirə olunduqdan sonra yekdilliklə qəbul edilən qərarda 39 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi, 9 bələdiyyə üzrə seçkilərin etibarsız sayılması, seçkilərin ümumi yekunları rəsmi təsdiq edilən bütün 1597 bələdiyyənin tərkibinin formalaşmasının (yalnız 2 bələdiyyə tam tərkibdə formalaşmadı) nəzərə alınması və bələdiyyələr üzrə seçilən üzvlərin siyahısının elan olunması öz əksini tapıb.

Zəfərlərdən sonra  yeni reallıqlar şəraitində keçiriləcək ilk bələdiyyə seçkiləri

Azərbaycan 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində əldə olunan möhtəşəm qələbələr sayəsində özünün əsas ümummilli ideyasını həyata keçirməyə - ərazi bütövlüyünü və suverenliyini tam təmin etməyə nail olub. Hazırda Azərbaycan Bayrağı ölkənin bütün ərazisində əzəmətlə dalğalanır.  Müharibə başa çatandan sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan Boyük Qayıdışı qısa müddətdə və ləyaqətlə həyata keçirmək əzmindədir. Artıq müasir standartlar səviyyəsində bərpa olunan  yaşayış məntəqələrinə soydaşlarımızın ilk köçü baş tutub.

Bu yeni reallıqlar fonunda ölkənin bütün ərazisində prezident, parlament və bələdiyyə seçkilərinin keçirilməsinə də zərurət yaranıb.  2024-cü ildə böyük uğurla baş tutan prezident və parlament seçkiləri müstəqillik tariximizdə ilk dəfə ölkəmizin bütün ərazisində keçirilib. Bundan sonra əvvəlcədən anons edildiyi kimi, növbə bələdiyyə seçkilərinə çatıb. 2025-ci il yanvarın 29-na təyin olunan seçkilər müstəqil Azərbaycanın tarixində ölkənin bütün ərazisində keçiriləcək ilk bələdiyyə seçkiləri olacaq.

Bələdiyyələrin formalaşdırılması işğaldan azad olunmuş ərazilərdə optimal idarəetmənin təşkili, həmin ərazilərə köçən vətəndaşların yerli ictimai həyatda iştirak imkanlarının təşviq edilməsi baxımından çox önəmlidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə bələdiyyələrin formalaşdırılması ilə bütün ölkə üzrə vahid idarəçilik mexanizminin formalaşdırılması kimi zəruri proses tamamlanmış olacaq.

Bu, həm də qeyd olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin daha intensiv şəkildə həyata keçirilməsinə, Böyük Qayıdış Proqramının icrasının sürətlənməsinə, yurd yerlərinə qayıdan insanların öz həyatlarını qurmalarına müsbət təsirini göstərəcək.

Mübariz FEYİZLİ

Seçilən
11
yeniazerbaycan.com

1Mənbələr