Kosovoda partlayış su təchizatına ziyan vurub
Partlayış nəticəsində Kosovonun şimalında kömürlə işləyən iki elektrik stansiyasına xidmət edən su təchizatı sistemi zədələnib.
Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Cümə günü axşam saatlarında baş verən hadisədə ölən və yaralananlar barədə məlumat verilmir.
Agentliyin məlumatına görə, Kosovonun baş naziri Albin Kurti hadisəni terror aktı adlandırıb.
ELÇİN