Türkiyəli müğənni Demet Akalın başına gələn hadisə ilə gündəm olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, kirayəçisi ilə yaşadığı problemə çarə tapa bilməyən müğənni evini satmaq qərarına gəlib.
Belə ki, bir müddətdir kirayəçisi ilə problem yaşayan D.Akalın ondan evi boşaltmasını xahiş edib. Lakin həmin şəxs evdən çıxmaq istəməyib.
Müğənni də çarəni evi satmaqda görüb: “Kirayəçim evdən çıxmır, amma ev bazar ertəsi satılır. İlk aldığım evlərdən biri idi. Mən o evi model kimi işləyərək almışam”.
Akalın bir neçə ay öncə də həmin kirayəçi ilə bağlı açıqlama vermişdi.
“Mənim evimdə kirayəçim 5 min lirəyə yaşayır. İndi o pula bir yerdə yemək yeyə bilərsən”,- sənətçi bildirmişdi.