“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos Azərbaycan Premyer Liqasında “Turan Tovuz”a qalib gəldikləri oyunla (1:0) bağlı paylaşım edib.
Futbolpress.az xəbər verir ki, komandasının yeganə qolunu vuran braziliyalı hücumçu sosial şəbəkə hesabında bunları yazıb:
“Komandama kömək etdiyim üçün xoşbəxtəm. Vacib qələbə qazandıq. Hər kəs bir məqsəd üçün çalışır”.
“Araz-Naxçıvan” 15 turdan sonra 36 xalla birinci sıradadır. İki oyun az keçirən “Qarabağ” isə 34 xalla ikincidir.