AZ

Azərbaycan idmançısı 1-ci yeri tutdu

Türkiyədə keçirilən fiqurlu konkisürmə üzrə "Bosfor kuboku" davam edir.

Fanat.Az xəbər verir ki, kişilərin fərdi mübarizəsinə də start verilib.

Azərbaycan idmançısı Vladimir Litvintsev də yarışa qoşulub. O, qısa proqramı uğurla yerinə yetirib.

İdmançımızın çıxışı 78,21 xalla qiymətləndirilib. Litvintsev bu nəticə ilə 1-ci yeri tutub.

O, ikinci yerdən böyük fərqlə önə keçib. Türkiyəli Burak Demirboğa ondan 4,43 xal geri qalıb. İştirakçılar bu gün sərbəst proqramdakı çıxışla mükafatçıları müəyyənləşdirəcəklər.

Qeyd edək ki, yarışa sifariş olunan 12 idmançıdan 9-u mübarizəyə başlayıb.

Seçilən
8
fanat.az

1Mənbələr