AZ

“Qarabağ” bu siyahıda 29-cudur

style='margin-bottom:10px;'>

Azərbaycan çempionu “Qarabağ”ın da yarışdığı Avropa Liqasında 5-ci tur başa çatdı.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi evdə “Lion”a (Fransa) 1:4 hesabı ilə uduzduqdan sonra turnir cədvəlində 32-ci pilləyə düşüb. “Qarabağ” 5 matçdan cəmi 3 xal toplasa da, “pley-off”da oynamaq huququ qazanacaq 24 komanda sırasına düşmək şansını saxlayır. 

Bu arada isə AL-də ən çox qol vuran komandaların siyahısı bəlli olub. Siyahıya hərəyə 13 qolla “Ayaks” və “Qalatasaray” başçılıq edir. İlk altı pilləni “Lion”, “Renycers” (hərəyə 12 qol), “Latsio” və “Ferensvaroş” (hərəyə 11 qol) tamamlayır.

“Qarabağ” siyahıda 29-cu yerdədir. Qurban Qurbanovun komandası 5 oyunda 4 dəfə rəqib qapısına yol tapıb. 

Sonuncu 35 və 36-cı yerləri isə 1 qolla “Dinamo” Kiyev və “Ludoqorets” tutur.

Seçilən
12
1
teleqraf.com

2Mənbələr