AZ

“İdlibə hücumlarla bağlı zəruri xəbərdarlıqlar edilib” –Türkiyə XİN

“Türkiyə Suriya ərazisində baş verən son hadisələri bu ölkənin birliyi və ərazi bütövlüyünə verdiyi əhəmiyyət, eləcə də prioritetimiz olan terrorla mübarizə çərçivəsində çox yaxından izləyir”.

Bu sözləri Türkiyənin Xarici İşlər Nazirliyinin media müşaviri Öncü Keçeli ifadə edib.

Türkiyə ilə sərhəddə yerləşən Suriyanın İdlib bölgəsi və yaxın ətrafında sabitliyin qorunmasının Türkiyənin prioritetlərindən olduğunu bildirən Keçeli deyib: “2017-ci ildən bəri “İdlib Gərginliyi Azaltma Bölgəsi” ilə bağlı bəzi razılaşmalar əldə edilib. Türkiyə tərəf olduğu bu razılaşmaların şərtlərini böyük diqqətlə yerinə yetirir. İdlibə qarşı son dövrlərdəki hücumların Astana razılaşmalarının ruhuna və fəaliyyət istiqamətinə zərər verəcək həddə çatması və ciddi mülki itkilərə yol açması ilə bağlı müxtəlif beynəlxalq platformalara zəruri xəbərdarlıqlar edilib, bu hücumların dayandırılmasının vacibliyi vurğulanıb. Belə ki, son günlərdə baş verən qarşıdurmalar, bölgədəki gərginliyin arzuolunmaz şəkildə artmasına səbəb olub. Hadisələrin yeni və daha böyük qeyri-sabitliyə yol açılmaması, mülki əhalinin zərər görməməsi Türkiyə üçün böyük əhəmiyyət kəsb edir”.

O, bildirib ki, digər tərəfdən, mövcud vəziyyətdən faydalanmağa çalışan Tel Rıfat və Münbiç bölgələrindəki terror qruplarının mülki əhalini və Türkiyəni hədəf alan hücumlarının artması da diqqətlə izlənilir. Keçeli vurğulayıb ki, bölgələrdə terrorçuluğun sonlandırılması məqsədilə tərəfdaşlarla əvvəl razılaşdırılmış müqavilələrin yerinə yetirilməməsi narahatlıqlıq yaradır.

Seçilən
11
2
azpost.info

3Mənbələr