Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 102,2 milyon dollar dəyərində karbamid ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın noyabr sayına istinadən xəbər verir.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,6 milyon dollar və ya 60,7% çoxdur.
Məlumata görə, 2023-cü ilin müvafiq dövründə karbamid ixracının ümumi dəyəri 63,6 milyon dollar təşkil edib.
Təkcə, bu ilin oktyabrında Azərbaycandan 12,2 milyon dollarlıq karbamid ixrac olunub.
Bu da illik müqayisədə 0,9 milyon dollar və ya 6,9% çoxdur.
2023-cü ilin müvafiq dövründə karbamid ixracının ümumi dəyəri 13,1 milyon dollar təşkil edib.