AZ

ABŞ generalı bölgədə: Atəşkəsə nəzarət gücləndirilir

ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı Mərkəzi (SOCCENT) general-mayor Casper Ceffersi İsraillə “Hizbullah” terror təşkilatı arasında atəşkəs rejiminin icrası və monitorinqi mexanizminə nəzarət etmək üçün Beyruta göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Ceffers bu missiyanı ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Amos Xoxşteynlə birlikdə həyata keçirəcək.

Açıqlamada qeyd olunur ki, nəzarət mexanizmi ABŞ tərəfindən idarə olunacaq, missiyaya Livan və İsrail hərbçiləri, BMT sülhməramlıları və Fransa nümayəndələri daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
19
teleqraf.com

1Mənbələr