AZ

Patriarx xristianları nüvə silahından qorxmamağa çağırıb

Patriarx

Rusiyanın Patriarxı Kirill deyib ki, xristianlar dünyanın sonundan - qiyamətdən qorxmurlar. Bu səbəbdən də o, xristianları nüvə silahından qorxmamağa çağırıb.

Reyting.az
xəbər verir ki, Patriarx Kirill "nüvə mövzusunda həddindən artıq həyəcan və spekulyasiya”nın zərərindən də söz açıb.

Onun sözlərinə görə, Rusiyanın ali məqsədi "şərə müqavimət göstərməkdir".

Rusiyanın dini rəhbəri XXVI Ümumdünya Rusiya Xalq Şurasının plenar iclasında deyib ki, mümkün görünən apokaliptik ssenarilər ətrafında qorxu yaratmaq və həddindən artıq həyəcan təbili çalmaq, həmçinin nüvə mövzusunda bu cür spekulyasiyalar mənəvi baxımdan da faydalı sayılmır:

“Bəşər övladının düşməni olanlar, insanların iradəsini iflic etmək, şücaətdən məhrum etmək üçün onların qəlbinə qorxu, təşvişsəpməyə çalışırlar. Bunun səbəb isə mənəvi aləmdən məhrum olan insanın daha asan manipulyasiyasıdır. Lakin bütün bunlarla birlikdə oyun oynamağa ehtiyac yoxdur. Xristianlar “dünyanın sonu” deyilən həmin gündən qorxmurlar. Çünki biz çox böyük şöhrətə qovuşacaq, pisliyi məhv edən və bütün xalqları mühakimə edə bilən Rəbb İsanı gözləyirik".

Patriarx əlavə edib ki, amma belə bir gözləntinin özü belə "heç də boş oturmaq mənasına gəlmir":

"Əksinə, bizim Yer üzərindəki çağırışımız da şərə müqavimət göstərmək və yüksək əxlaqi idealları müdafiə etmək məqsədilə Rəbbin döyüşçüləri olmaqdır. Bu, Rusiya tərəfinin qarşıya qoyduğu məqsəddir".

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı hücumundan, bu dəhşətli müharibə başlayandan bəri, Rusiya prezidenti Vladimir Putin nüvə silahından da istifadənin mümkünlüyünə dəfələrlə eyham vurub. Son aylarda daha tez-tez bu barədə danışan Putinin əsas məqsədi Kiyevin Rusiya ərazisini Qərb silahları ilə vurmaq üçün icazə almasına mane olmaqdır.

Oqtay QORÇU
Seçilən
10
reyting.az

1Mənbələr