Bu ilin iyun ayında Samuxda məktəbdə keçirilən "Son zəng" tədbirində bayağı musiqi səsləndirilməsinə görə məktəb direktoru işdən azad olunub.
O, həmin musiqini dəstəkləyərək şagirdlərlə birgə qol qaldırıb oynuyub. Hadisə sosial şəbəkələrdə böyük narazılığa səbəb olmuşdu.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə direktor Gülsafa Abbasova həmin təhsil müəssisəsində direktor vəzifəsinə qaytarılıb.
Məhkəmə direktorun baş vermiş hadisədə günahsız olması nəticəsinə gəlib. Həmçinin, onun işdən uzaqlaşdırıldığı 6 ay müddətə direktor vəzifəsinin əməkhaqqısının da qaytarılmasına qərar verilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qərarıdır:
"Məhkəmə prosesi hazırda davam edir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yuxarı instansiya məhkəməsinə müraciət ediləcək".
Qeyd edək ki, MÜTDA-nın "Son Zəng" tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən təlimatın müvafiq bəndini (tədbirdə istifadə olunan musiqilərdə bayağı ifadələrin işlədilməməsi) pozduğuna görə agentliyin əmrinə əsasən Gülsafa Abbasova ilə bağlanmış əmək müqaviləsinə 24.06.2024-cü il tarixdə xitam verilib.
Mənbə: yenisabah.az