2024-cü ilin yanvar-oktyabr aylarında 93,6 milyon dollar dəyərində elektrik enerjisi ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 254,5 milyon dollar 3,7 dəfə azalıb.
Qeyd edək ki, 2023-cü ilin eyni dövründə 348,1 milyon dollar dəyərində elektrik enerjisi ixrac edilib.
Təkcə oktyabr ayında ixrac edilən enerjinin dəyəri 19 milyon dollar dəyərində olub ki, bu da illik müqayisədə 1,3 milyon dollar, başqa sözlə 7,3% artıqdır.
Ötən ilin oktyabrında 17,7 milyon dollarlıq elektrik enerjisi ixrac edilmişdi.