“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganalr”ın İngiltərə Premyer Liqasında çempionluq mübarizəsindən söhbət açıb.
Arena.az “Çelsi”nin rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Komandanın tərəqqisini görmək xoşdur, bu, vacib məqamdır. Bu, sevincli duyğudur. Eyni zamanda, gerçəkçi olmaq gərəkdir və bu məqamda bizimlə digərləri arasındakı fərqi görə bilərsiniz. Bu, o demək deyil ki, biz oyunlarda qalib gəlməyəcəyik və sona qədər mübarizə aparmayacağıq, amma əsas odur ki, oyundan-oyuna yaxşılaşdığımızı duyaq.
“Mançester Siti” ardıcıl üç oyunda məğlub olsa da, 2-ci yerdə qalıb. “Arsenal” yaxındadır, “Liverpul” fantastik nəticələr göstərir. Mənim üçün vacib olanı, xalların sayı və yarış cədvəli deyil, bu axının özüdür.
“Arsenal” beş ildir birlikdədir, “Mançester Siti” səkkiz ildən çoxdur, “Liverpul” azacıq dəyişib, amma keçmişlə müqayisədə çox da yenilikləri yoxdur. Səbəb budur. Məsələ xallarda və yarış cədvəlindəki fərqdə deyil, söhbət onların birlikdə keçirdikləri vaxtdan gedir”, deyə Entso Mareska “zadəganlar”ın yeni təsis edilmiş kollektivinin başında ilk mövsümü olduğunu nəzərə almağa diqqət yetirmək gərək olduğunu başa düşməyə əsas verib.
Xatırladaq ki, Entso Mareska cari ilin iyulundan “Çelsi”nin sükanı arxasındadır. İtalyan mütəxəssisin “zadəganlar”la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Mareskanın rəhbərliyi altında London klubu cari mövsümdə 20 oyun keçirib. “Zadəganlar” bu görüşlərdə 12 qələbə qazanıblar, 4 heç-heçə və 4 məğlubiyyət görüblər.
12 turdan sonra “Çelsi” Premyer Liqanın yarşı cədvəlində 22 xalla 3-cü pillədə qərarlaşıb. Premyer Liqaya 31 xalla “Liverpul” başçılıq edir.