Türkiyə Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM Partiya) həmsədrləri Tülay Hatimoğulları və Tuncer Bakırhan Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahına gediblər.
"Cebheinfo.az" xəbər verir ki, həmsədrlər Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəllə görüşüblər.
Hatimoğulları və Bakırhan Özəlin müavini Ensar Aytekin tərəfindən qərargahın qapısında qarşılanıblar.
Görüşdə CHP baş katibi Selin Sayek və sədr müavinləri Ensar Aytekin və Gökçe Gökçen də iştirak ediblər.
Sözügedən görüş təxminən 2 saat davam edib. Tərəflərin son zamanlarda gündəmdə olan qəyyum məsələləri ətrafında müzakirə apardıqları açıqlanıb.