AZ

Castin Trüdo Trampla görüşmək üçün Floridaya səfər etdi

Kanadanın Baş naziri Castin Trüdo Donald Trampla nahar etmək üçün Floridaya səfər edib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, səfər Trampın Kanada idxalına rüsumlar tətbiq edəcəyi ilə bağlı açıqlamasından sonra baş tutub.

 

Məlumata görə, sürpriz görüşün məqsədi Trampın ticarət təhdidlərinin təsirini yumşaltmaq olub.  

 

Qeyd edək ki, bazar ertəsi Tramp Meksika və Kanadadan idxala 25 faiz, Çindən gələn mallara isə 10 faiz rüsum tətbiq edəcəyini deyib. O, bu qərarını həmin ölkələrdən ABŞ-yə narkotik və qeyri-qanuni miqrantların gəlməsi ilə əlaqələndirib.

 

Həmçinin Meksika Prezidenti Klaudiya Şeynbaum da çərşənbə günü Trampla telefonla danışıb. Lakin iki liderin söhbətə dair açıqlamaları kəskin fərqlənir.

 

Belə ki, Trampın sözlərinə görə, Meksika prezidenti Meksikadan keçərək ABŞ-yə miqrasiyanı dayandırmağa razılaşıb, cənub sərhədini faktiki olaraq bağlayıb.

 

Şeynbaum isə ABŞ-nin dəstəklədiyi və Meksikada uzun müddətdir, həyata keçirilən immiqrasiya əleyhinə siyasətləri müzakirə etdiyini söyləyib.  

 

Firuzə Əliyeva

Seçilən
14
sfera.az

1Mənbələr