Sumqayıtda 23 yaşlı şəxs dəm qazından boğularaq ölüb.
Sfera.az xəbər verir ki, hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb.
2001-ci il təvəllüdlü şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) dəm qazından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.