Şimali Koreya lideri Kim Çen In söz verib ki, Pxenyan həmişə Moskvanın tərəfində olacaq.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Pxenyanda Rusiya müdafiə naziri Andrey Belousovla görüşü zamanı bildirib.
Kim Çen In vurğulayıb ki, Pxenyan bütün mümkün yollarla – hökumət və ordu səviyyəsində Rusiyanın siyasətini dəstəkləməyə hazırdır.
Şimali Koreya lideri bunu “Rusiyanın suverenliyi və ərazi bütövlüyünü imperialist hegemon qüvvələrin hiylələrindən qorumaq naminə” edə biləcəyini qeyd edib.
Müəllif: Mənsur Rəğbətoğlu