AZ

Naxçıvandan gələn avtobus Biləsuvarda qəzaya düşüb, yaralı reanimasiyaya köçürülüb - YENİLƏNİB

Biləsuvarda yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində ağır xəsarət alan Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Təhminə Ələcova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Naxçıvandan Bakıya gedən avtobus Biləsuvar rayonu ərazisində betonqarşdıran "Kamaz"la toqquşub. Qəza nəticəsində yük maşınının çəni yaxındakı minik avtomobilinin üzərinə aşıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

10:47

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Bakı-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Naxçıvandan gələn avtobusla "Kamaz" toqquşub.

İlkin məlumata görə, yaralılar var.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
1
far.az

2Mənbələr