TikTok sosial şəbəkəsi 18 yaşdan kiçik istifadəçilər üçün yeni məhdudiyyətlər tətbiq edir.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, bundan sonra yeniyetmələrə xarici görünüşlərini dəyişən “gözəllik filtrlərindən” istifadə qadağan ediləcək. Şirkət bəyan edib ki, qadağa gənclərin (xüsusən də qızların) “süzgəclər”ə görə öz xarici görünüşünə tənqidi yanaşmağa başlaması, özgüvənin aşağı düşməsi ilə bağlıdır. Qadağa yalnız dodaqları böyütməyə, dəri tonunu hamarlaşdırmağa və ya dəyişməyə imkan verən, məsələn, müxtəlif heyvan maskaları təklif edən “Filtrlər”ə şamil edilir. Şirkət həmçinin istifadəçilərin yaşı üzərində nəzarətin artırılmasını açıqlayıb. İlin sonuna qədər TikTok 13 yaşından kiçik istifadəçilərin hesablarını bloklayan maşın öyrənmə sistemlərini sınaqdan keçirməyə başlayacaq.
Vəli Həsənoğlu,
KONKRET.az