Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə köhnə Bakı-Astara magistral yolunda qeydə alınıb.
Belə ki, Naxçıvadan Bakıya gələn avtobus “KAMAZ”la toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar var.
***
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 10:00 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 1977-ci il təvəllüdlü şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
“Ona sol mil-bilək nahiyəsinin, sol saidin aşağı nahiyəsinin travması diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.


