AZ

Nazirdən Bakıda ağac əkən sakinlərə böyük dəstək - məhv edilən ağacların yerinə xan çinarlar əkildi

“Vialon” MMC əməkdaşlarının Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsindəki şəxsi mülkiyyətə əlibaltalı hücum edib, orada əkilmiş 50-yə yaxın şam ağacını baltalayıb, kökündən çıxarmaları barədə məlumat vermişdik.

Musavat.com xəbər verir ki, mülkiyyət sahibləri baş verən özbaşınalıq, qanunsuzluqla bağlı hüquq-mühafizə orqanlarına, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də müraciət etməklə ağacları məhv edən “Vialon” MMC barəsində tədbir görülməsini istəmişdilər.

Sakinlərin müraciətinə Ekologiya və təbii sərvətlər naziri şəxsən reaksiya verib.

Müraciət müəlliflərindən olan Ramin Ağayev deyib ki, nazirlik 32 ədəd xan çinarı ağacını onlara göndərib.

Ramin Ağayev cənab nazir Muxatar Babayevə xüsusi təşəkkür edib:

"Çox sağ olsun, cənab nazir müarciətimizə diqqət yetirdi və bizə ağac verilməsinə dair göstəriş verdi. Artıq
ağaclar əkildi. Güman edirik ki, dövlətin bizə verdiyi ağacları "Vialon MMC"nin əli baltalı əmıkdaşları məhv etməyə cürət etməzlər!"

Azərbaycanın ən müxtəlif rayonlarında, Bakı və ətraf qəsəbələrdə COP29-a töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləşmoblar keçirilib. Bu aksiyalara Bakı sakinləri Ramin Ağayev, Ofelya Hacıyeva da qoşulublar.
Sakinlər özlərinə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 23 saylı ünvanda, 14,5 sot torpaq sahəsində 50-dən çox Eldar şamı əkmişdilər. Ağaclar MMC əməkdaşları tərəfindən məhv edilmişdi.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

Seçilən
9
1
musavat.com

2Mənbələr