Bakı. Trend:
2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda daşınmazəmlakın icbari sığortası üzrə yığımlar 70 milyon 943 min manatayüksəlib.
TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəriciötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3% və ya 2 milyon 278 minmanat çoxdur.
Belə ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanda 68milyon 665 min manat daşınmaz əmlakın icbari sığorta haqqıtoplanmışdı.
Bu dövrdə daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlərinhəcmi 2 milyon 563 min manat olub ki, bu da ötən ilin eyni dövrünənisbətən 2 milyon 679 min manat və ya 51,1% azdır.
Ötən ilin ilk 10 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 5milyon 242 min manat olub.