Мəşhur ESPN idman portalı "Barselona"nın yaranmasının 125 illiyi şərəfinə klubun ən yaxşı futbolçularından ibarət rəmzi komanda tərtib edib.
İdman.biz xəbər verir ki, 2004-2008 və 2008-2014-cü illərdə birlikdə oynamış futbolçulardan altısı bu siyahıda yer alıb.
ESPN-ə görə "Barselona"nın bütün dövrlər ərzində ən yaxşı 11 futbolçusu:
Qapıçı: Viktor Valdez (2002-2014).
Müdafiəçilər: Dani Alves (2008-2016, 2021-2022), Ronald Kuman (1989-1995), Karles Puyol (1999-2014).
Yarımmüdafiəçilər: Xavi (1998-2015), Andres İnyesta (2002-2018), Luis Suares Miramontes (1955-1961), Yohan Kroyff (1973-1978).
Hücumçular: Lionel Messi (2004-2021), Ladislao Kubala (1951-1961), Ronaldinyo (2003-2008).
İdman.biz