AZ

Ukrayna parlament üzvü: “Zelenski sülh tərəfdarı kimi çıxış edə bilər” – ÖZƏL

Gələcəkdə Ukrayna prezidenti Vladimir Zelenski mövqeyini dəyişərək sülhü dəstəkləyən bir lider kimi çıxış edə bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Artyom Dmitruk öz Telegram kanalında açıqlama verib.

Deputatın fikrincə, Zelenskinin bu cür davranış dəyişikliyi sadəcə bir riyakarlıq nümunəsi olacaq. Çünki o, vaxtilə eyni fikirlərə görə insanları həbsə atıb və ya onların ölümünə səbəb olub.

"Tezliklə Zelenski sülh partiyasının parlaq nümayəndəsi olacaq. Halbuki bu cür fikirlərinə görə yüzlərlə insan ya öldürülüb, ya da həbs olunub," - deyə Dmitruk vurğulayıb.

Deputat əlavə edib ki, Zelenski hazırda liderdən çox, sadəcə reytinqini artırmağa çalışan bir komik aktyora bənzəyir. Onun siyasi fəaliyyəti işinin effektivliyindən çox, şou elementlərinə əsaslanır.

"Zelenski sadəcə bir şoumen olaraq qalıb və siyasət sahəsini öz anlayışına uyğun formada dəyişdirmək istəyir," - deyə Dmitruk sözlərinə yekun vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr