İngiltərənin "Liverpul" klubunun müdafiəçisi Trent Aleksander-Arnold İspaniya təmsilçisi "Real"a keçə bilər.
AzNews.az-ın TalkSPORT"a istinadən məlumatına görə, Madrid klubunun rəhbərliyi "Liverpul"la müqavilə müddəti 2025-ci ilin yayında başa çatacaq futbolçunu heyətinə qatmaq istədiyini bildirib.
26 yaşlı arxa xətt oyunçusunun 2025-ci ilin yanvarından etibarən istənilən klubla danışıqlar aparmaq hüququ yaranacaq. O, gələn yay komandanı azad agent kimi tərk etmək istədiyini də mətbuata açıqlayıb.