Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası, Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) birgə təşkilatçılığı ilə “Azərbaycanda sosial ödənişlərin səmərəli idarə edilməsi: təcrübə, innovasiyalar və əməkdaşlıq” mövzusunda beynəlxalq vebinar keçirilib.
Fondun mətbuat xidmətindən bildiriblər ki, DSMF-nin Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəylinin moderatorluq etdiyi vebinarda Azərbaycanda sosial ödənişlərin proaktiv təyinatı, DSMF və DOST Agentliyində tətbiq edilən innovativ yeniliklər barədə məlumat verilib.
Vebinarda Rusiya, Belarus, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın müvafiq dövlət qurumları, nazirliklər, pensiya və sosial fondlarının nümayəndələri iştirak ediblər. İştirakçı ölkələrin təmsilçiləri Azərbaycanın sosial müdafiə sahəsindəki təcrübəsinə maraq göstəriblər. Tədbirdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.